Kainatın İlahi Dili 26

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 26

Əvvəllər hər şeyə nəzarət etməyi bacarırdım. Nəzarəti əlimə aldımsa, işlərin qaydasında olacağına inanırdım. Bu düşüncədən yola çıxaraq hər məqamda həyatımın axışına müdaxilə edirdim. Gələcək qayğılarım olduğu üçün nəzarəti əldə tutmaq vərdişimdən əl çəkə bilmirdim. Lakin bəzən elə an olurdu ki, buna gücüm çatmırdı və heç bir şeyin öhdəsindən gələ bilmirdim. Beləcə, əlimdə olanları tək-tək itirməyə başladım. Artıq sığınacaq bir limanım yox idi. Buna baxmayaraq, yenə də bu xasiyyətimdən əl çəkmirdim. Belə olduqda isə həyatım tamamilə darmadağın olurdu.

Allahım, bu necə bir əzabdır?

Həyatım alt-üst olmasın deyə çabalayarkən, qarşıma çıxan belə bir fikir sanki məni yerimdən silkələdi: “Nizamım pozular, həyatım altı-üst olar deyə narahat olma. Hardan bilirsən həyatın altının üstündən daha yaxşı olmayacağını?” (Şəms-i Təbrizi)

Yeni dəyişikliklərə nə qədər müqavimət göstərdiyimi anladım. Bəs bu halda nə etməliyəm? Araşdırdıqca “axış” və “anda qalmaq” ifadələri ilə qarşılaşdım. Nə idi axışda və anda qalmaq?

Bədənimin bir enerjisi var və mən bu enerjinin böyük bir qismini keçmişdə yaşadığım xoşagəlməz hadisələrə və pis xatirələrə, digər qismini isə gələcəklə bağlı qayğılara sərf edirdim. İçində olduğum anı yaşamaq üçün çox az enerji saxlayırdım. Öz xarakterimi analiz etdikdə fərqinə vardım ki,  hər şeydən tez inciyən, insanların hər sözünə və davranışına əhəmiyyət verib, hər şeyi ürəyinə salan biri idim. Özümə saxladığım çox az enerji ilə həyatıma davam edirdim. Bu məqamda sanki yenidən silkələndim və daha bir şeyin fərqinə vardım: Keçmişə və gələcəyə sərf etdiyim enerjimi hazırda yaşadığım bu “an”a yönəldə bilsəm, həyatımda çox böyük dəyişiklik edə bilərəm. Bunu həyata keçirmək üçün uzun müddət çalışdım. Çünki indiyə kimi bu mövzu haqqında heç bir məlumatım yox idi və mən boş yerə başqalarına sərf etdiyim enerjimi artıq özüm üçün istifadə edəcəkdim. Həm də bütünlüklə... Bunun nəzəriyyəsi də sadə idi. İlahi axışın nə olduğunu tapacaq və sadəcə o axışa güvənəcəkdim.

Bir axşam səmanı seyr edərkən belə düşündüm: Günəş, planetlər, ulduzlar – kainatdakı hər bir şey insanın yaradılışından öncə də qüsursuz, möcüzəvi və nizamlı bir şəkildə mövcud idi. Deməli, ilahi nizam çox düzgün fəaliyyət göstərir. Halbuki, mən bu sistemə nəzarət etmək düşüncəsi ilə Allah bilir neçə dəfə müdaxilə edib, özümü lazımsız yerə çətin vəziyyətdə qoymuşam.

Sürətlə fırlanan çarxa əlini vurmaq istəsən nə baş verər? Mən bu çarxa dəfələrlə toxunmağa çalışdım. Nəticədə isə arzularımı ləngitməkdən başqa bir şey əldə etmədim.

Bunların fərqinə vardıqda isə narahat olmadım. Çünki artıq yaşadıqlarımı qəbul edirdim.

“An”da qala bilməyi sınaqdan keçirməyə başladım və həmin an nə ilə məşğulamsa, təkcə onu düşünməyə çalışdım. Başlanğıcda ancaq ağlıma keçmişlə bağlı mənfi düşüncələr, gələcəklə bağlı qayğılar gəlirdi. Hər bunları düşündükcə diqqətim istər-istəməz yayınırdı.

İlk təcrübələrimi yemək bişirmək, film izləmək, ev təmizləmək kimi gündəlik sadə məşğuliyyətlər üzərində sınaqdan keçirdim. Görəsən, bu cür sadə işlərlə məşğul olarkən neçə dəfə diqqətim yayınırdı?

Əvvələr ev təmizləyərkən, televizora baxarkən əsas məqsədim zehnimi məşğul edən düşüncələri azaltmaq və susdurmaq idi. İndi isə ev təmizliyi zamanı sadəcə bu işə diqqətimi yönəldib, gördüyüm işdən zövq alıram. Artıq hər işimə bu düşüncə ilə yanaşdıqda əvvəllər “təsadüf” adlandırdığım “möcüzəvi” hadisələr yaşamağa başladım. Əslində, hər şey çox sadə idi: Hər nə iş görürəmsə, düşüncələrimi ora yönəldib gördüyüm işi sevərək icra edirdim. Təxminən üç ay belə davam etdim.

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan qrupu tərəfindən tərcümə olunmuşdur

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!