Kainatın İlahi Dili 25

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 25

Səhv addım atmaqdan çəkindikcə xətalarım da artırdı.  Bir işə başlayarkən uğursuz olacağından qorxduğum üçün ya həmin işə başlamazdım, ya da mükəmməl etməyə çalışardım ki, insanların qınaq obyektinə çevrilməyim.

İnsan nə vaxt özünümüdafiəyə can atır? Təbii ki, təqsirkar kimi tanınmaqdan, səhv etməkdən qorxursa, özünə inamı yoxdursa və ya həqiqətən də günahkardırsa, insanların qınağından ehtiyat edirsə... Günahlandırılmaqdan qorxduğum üçün dəfələrlə səbəbsiz yerə başqaları tərəfindən günahlandırıldığımı yaxşı xatırlayıram. Əvvəllər etmədiyim işlərə görə günahlandırıldıqda çox əsəbləşirdim və hər dəfə özümü müdafiə etməli olurdum. Nəticədə mənə aydın olurdu ki, bütün bunlar qorxularım ucbatından başıma gəlir.

Bir şeyi vərdiş halına gətirmək və ya hər hansı bir fikri mənimsəmək üçün onu iyirmi bir gün ərzində mütəmadi olaraq yerinə yetirməyin əhəmiyyətini bilirdim.

Bu metodu sınamağa  qərar verdim. Burundan dərin nəfəs alıb verməklə afirmasiyalarımı hər gün təkrar etdim. Beləliklə, hər fürsətdə məni bezdirən insanları və hadisələri xətsiz ağ kağıza yazaraq cırıb atdım. Kiməsə qəzəbləndikdə burundan dərin nəfəs alır və ürəyimdə: “Səni olduğun kimi qəbul edir və bağışlayıram.” - deyirdim. Ancaq iyirmi bir gün mənim üçün az müddət idi. Tarazlıqda qala bilmək üçün təxminən üç ay, hətta daha çox vaxt lazım oldu. Bunu edərkən çətinlik çəksəm də artıq bacarıram.

Bəli, artıq tarazlıqda qalmağı nəzarətdə saxlaya bilirəm. Bəzən əvvəl yaşadıqlarımı xatırlayanda hamıda olduğu kimi mənim də ağlıma mənfi düşüncələr gəlir. Bu zaman dərhal nəfəs texnikasını tətbiq edərək mənfi düşüncələrdən özümü uzaqlaşdırmağı bacarıram.

Keşməkeşli həyat insanı yorar. Lakin mənəvi tarazlığı qoruyaraq yaşamaq çox gözəl hissdir. Şükürlər olsun, həmd olsun!

Fərqinə vardım ki, mənəvi tarazlığı sabit saxladıqda, tətbiq etdiyim hər hansı bir metod da faydalı olur.

Mənəvi tarazlığımı qorumağa niyyət edirəm. Kim nə etsə də, nə söyləsə də, bu mənim dəyərli olduğum həqiqətini dəyişdirmir.

Yaşadığım hər bir hadisəni və insanları olduğu kimi qəbul edir və bağışlayıram. İnsanların mənim haqqımdakı mənfi düşüncələri öz həyatlarında açıq-aşkar təzahür edirdi. Mən isə baş verənləri hörmətlə və sevgi ilə qəbul edir, bütün bunların əslində tarazlığı əlimdə saxlaya bilmək üçün bir imtahan olduğunu dərk edirdim.

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan qrupu tərəfindən tərcümə olunmuşdur.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!