Kainatın İlahi Dili 15
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
“Mən dəyişdikcə təkcə yaşadığım hadisələr yox, həyatımdakı insanlar da dəyişməyə başladı.”
İlahi sistem bu cür işləyirdi.
Mən artıq özümü qəbul etdim. Özümü qəbullanmaq daha təmiz, daha gözəl, daha rahat və daha sağlam enerji yaratmağa kömək edirdi.
Mən xoşbəxt olmağa layiqəm...
Mən hüzurlu olmağa layiqəm...
Mən sağlam olmağa layiqəm...
Mən özümü olduğum kimi qəbul edirəm və sevirəm...
İnsanları olduqları kimi qəbul edirəm və sevirəm...
İnsanlarla və həyatla barışığam...
Yaşadığım həyatın məsuliyyətini sevgi ilə öz öhdəliyimə götürürəm...
Bu cümlələri öz-özlüyümdə dəfələrlə təkrarladım.
Bu düşüncə tərzini zehnimə və ruhuma yeritmək heç asan olmadı və xeyli vaxt aldı. Dəfələrlə üsyan etmək dərəcəsinə gəlib çatdım. Amma bu cümlələri təkrarladıqda, vaxt keçdikcə özümü ələ ala bildim.
Mənəvi tarazlıqda olmaq və qəbula keçmək çox gözəl, təmiz, rahat və sağlam bir enerji yaratmağa kömək etsə də, bu müddətdə təkrar bəzi maneələrlə qarşılaşdım. Zehnimdəki “bacarıqsız”, “çarəsiz”, “uğursuz”, “dəyərsiz” kimi düşüncələr özümü qurban kimi hiss etməyimə səbəb olurdu. Bəzən də “digər insanlar nöqsanlı, mən isə dürüstəm” frekansına qayıdaraq özümü üstün görür, yenə yolumu çaşırdım. Mühim olan, insanlarla özümü eyni gözlə görmək idi. Çünki heç kim məndən daha az dəyərli olmadığı kimi məndən daha çox dəyərli də deyildi...
Anladım ki, özümü “mükəmməl” və ya “”qurban” kimi görmək fikrindən əl çəkməliyəm. Başqa insanların vəzifəsi, rütbəsi və ya zənginliyi, uğurları, mal-mülkləri onların bir insan kimi dəyərini yüksəltmirdi. Hamımız eyniyik, xüsusən də Yaradanın nəzərində!
Artıq bunları qəbul etməyə başladım. “Özümü qəbul etməyi” bacarmağa başladığım andan etibarən sanki çiyinlərimdən böyük bir yük qalxdı.
Bəzən hər hansı bir hadisə ilə üzləşdikdə sağlam düşüncələrimlə əvvəlki mühakimələrim mübarizə apararaq məni idarə etməyə çalışırdı. Bir anlıq özümü haqlı, qarşımdakı insanı haqsız hesab edirdim. Bu da mənə nəsə öyrədirdi: “Mən bundan nə nəticə çıxarmalıyam?”deyə özümə sual verdim. Əvvəllər bu sualla qarşılaşmaq mənə sərf etmirdi. Amma özümü bu cür sorğuladıqda anladım ki, əslində bu hadisələri özümlə üzləşmək və özümü tanıya bilmək üçün həyatıma çəkmişəm.
Mənə problem yaradan və mənim “pis insanlar” adlandırdığım hər kəs əslində daxilimdə gizlənən qaranlıq tərəfimi tapmaqda mənə kömək etmək üçün həyatıma girmişdilər və məni özümə əks etdirirdilər. Bu hal diqqətimi çəkdi və araşdırmağa başladım. Öyrəndim ki, həyatıma girən insanlar əksər vaxt mənim belə xəbərdar olmadığım bir xüsusiyyətimi kəşf edə bilməkdə mənə “AYNA” olmaq üçün gəlmişdilər.
Məsələn, mənə şər atan biri ilə üzləşməmin səbəbi günahlandırma qorxumun olmasıdır. Nə qəribə nizamdır..
Diqqət etdim ki, zehnimdəki düşüncələri nizama sala bilmirəm.Hər nə qədər ibadət və dua etsəm də, zehnimdə dayanmadan min cür mənfi düşüncə dolaşırdı. Gah düşüncələrimdə sabit qalır, gah da fikirlərim yenidən qarışırdı.
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!