Kainatın İlahi Dili 7
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
Daha nəyi gözləyirsən? Bircə dəfə də özünə dəyər verməyə çalış. Başqaları üçün etdiyin yaxşılıqların birini də özün üçün et! Onsuz da ətrafında yaxşılığa layiq bir adam qalmayıb... Hamı səni tərk edib getdi...”- deyərək yaralı qəlbimə təsəlli verməyə və ilk dəfə olaraq öz-özümə ürək-dirək verməyə çalışdım.
Yeni öyrənməyə başladığım məlumatlar haqqında düşünərkən bir şeyi anladım: Qorxduğum hər şey başıma gəlirdi.Bu necə bir qüvvədir?Necə olur ki, ağlımdan keçənlər başıma gəlirdi? Həqiqətən də geriyə dönüb öz keçmişimə baxanda gördüm ki, qorxularımı yaşayıram. Bir sözlə, ağlıma gələn başıma gəlmişdi.
Fikirlərim yenə qarışdı. Əgər qorxularımı başıma gətirən hər hansı bir “qüvvə”dirsə:
- Bu qüvvə nə idi?
- Necə hərəkətə keçir?
- Bunu necə əks reaksiyaya çevirmək olar?
- “Görəsən, bu sistemin necə işlədiyini bilsəm, qorxduğum şeyləri başıma gətirdiyim kimi yaxşı şeylər haqqında da düşünərək, onları həyatıma çəkə bilərəm? Bu mümkündürmü?”- deyərək öz-özümə suallar verirdim.
Sonra qəribə bir şey kəşf etdim. Mən suallar verməyə başladıqca, sanki kainatdan mənə cavablar gəlirdi. Nə vaxt ki, dayanmadan bir sual ətrafında düşünürdüm, elə həmin anda ya bir radio proqramında, ya bir televiziya verilişində, ya da ətrafdakı insanların söhbətlərində, hətta hər hansı bir elan lövhəsində belə axtardığım sualın cavabına rast gəlirdim. Bu həqiqətən də çox qəribə idi...
Əvvəllər yaşadığım bu şeyləri təsadüf adlandırırdım. Lakin getdikcə fikir verdim ki, ağlımdakı suallara gələn cavablar təsadüf olmayacaq qədər artmağa başladı. Sanki kimsə mənimlə işarələr vasitəsi ilə danışırdı. Əvvəllər bu halımdan qorxub çəkinirdim və öz-özümə soruşurdum: “Nə baş verir? Mənə nə oldu? Yoxsa ağlımı itirirəm?” Bu sualları dəfələrlə öz-özümə verdim.
Vəziyyət hər nə qədər qəribə görünsə də, hiss etdim ki, artıq beynimdəki suallar yavaş-yavaş öz cavabını tapmağa başlayıb. Yoxsa bu bir dəyişiklik, yenilik idimi? Həqiqətən dəyişiklik belə olur? Bu məqamda axtarışlarımda tez-tez qarşılaşdığım“Dəyişikliyə icazə verin!” - sözlərini xatırladım və bir çox şeylər mənə indi daha aydın oldu.
Nəyi necə edəcəyimi bilmirdim. Lakin artıq bir çox şey məndən asılı olmayaraq hərəkətə keçmişdi... Dəyişmək üçün özümə şans verdikcə, həqiqətən də bəzi mətləblər yavaş-yavaş dəyişməyə başlayırdı sanki.
Bəli... Oyanış üçün həyat özü məni bu axara salmışdı. İnandığım hər şeyi əlimdən alaraq məni bu dəyişikliyə məcbur etmişdi. Həyat mənə “AXTAR VƏ KİM OLDUĞUNU TAP!” əmrini verirdi.
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Dəstək Komandası tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!