Kainatın İlahi Dili 17
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
BAĞIŞLAMAVƏ YENİ BİR BAŞLANĞIC
“Fəzilətin ən böyüyü səninlə əlaqəsini kəsənə yaxşılıq etməyin,
səndən əsirgəyənə verməyin, səndən üz döndərənə
dost əlini uzadıb bağışlamağındır.”
Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm)
İndiyə kimi oyanış mərhələsində baş verənlərdən bəhs etdim. Yaşadıqlarımı qəbullanmağa niyyət etdib yeni bir addım atdım. Bu vaxta qədər yaşadığım bütün xoşagəlməz hadisələri və münasibətləri bağışlamağı seçdim. Bura qədər hər şey qaydasında idi... Lakin bir məqam gözdən qaçmışdı. Bağışlamaq və qəbullanmaq eyni şey deyil. Qəbullanmaqla bağlı öz üzərimdə çalışdıqca hiss etdim ki, əslində, bağışlaya bilmirəm.
“Bağışlamaq böyüklükdür” deyirlər. Bu düşüncəni rəhbər tutaraq bir neçə dəfə bağışlamağı yoxladım. Yaşadığım hadisələri həyatıma “özüm çəkmişəm” fikrinə yavaş-yavaş öyrəşməyimə baxmayaraq, bunu qəbullana bilmir, həmin hadisələri və şəxsləri bağışlamaqda çətinlik çəkirdim. İçimdən bir səs “Yoooxxx!” deyərək inkar edir, “Bu qədər etdiyim yaxşılığın və çəkdiyim zəhmətin qarşılığı budurmu?” deyirdi. “ƏSLA BAĞIŞLAMAYACAĞAM!” dedikcə, həyatıma bağışlaya bilməyəcəyim yeni hadisələr və insanlar cəlb etməyə başladım.
Belə bir misal düşündüm. Bir maşın yolda xarab olanda, təbii ki, onu yolun kənarına çəkmək lazımdır. Maşını yolun kənarına çəkmək üçün ayaqlarımızla yerə möhkəm basıb, hər iki əlimizlə maşını qabağa itələməliyik. Amma mən belə etmirdim. Bir əlim arxada, bir ayağım isə boşluqda idi. Sizcə, maşını bu formada asanlıqla itələmək mümkündürmü? Belə bir vəziyyətin mövcud olması əslində mənim keçmişdə ilişib qaldığım hadisələr və əfv edə bilmədiyim insanlarla əlaqəli idi. Allahın verdiyi enerjini ancaq keçmişdəki çətinliklərə və xatirələrə sərf edirdim.
Anladım ki, keçmişdə yaşadığım çətinlikləri düşündükcə irəli gedə bilmirəm. Elə olduğum yerdəcə addımlayıram.
Zehnimdəki düşüncələr susmaq bilmirdi. “Necə edəcəm? Necə ödəyəcəm? Necə olacaq? Ya bacara bilməsəm? Ya alınmasa?” kimi yüzlərlə sual zehnimi məşğul edirdi. Zehnimin susmaması məni havalandırırdı. Keçmişdə yaşadıqlarımı xatırladıqca hirsimdən diqqətimi öz işlərimə cəmləyə bilmirdim. Öz-özümlə razılığa gəlməyə qərar verdim. Enerjimi keçmişi düşünməyə sərf etməkdən imtina etməli idim.
Bu müddət ərzində “bağışlamaq” mövzusunda bir çox seminarlarda iştirak etdim və xeyli yeni metodlar öyrəndim. Həmin metodlardan ikisi mənə daha çox fayda verdi.
Birincisi: Burundan dərin nəfəs alıb burundan geri vermək (Diyafraqma nəfəsi)
İkincisi: Yaşadığım bütün xoşagəlməz məqamları xətsiz ağ vərəqə yazıb cırıb atmaq idi.
Bir gün bu məsələlərlə əlaqəli belə bir aforizmlə də qarşılaşdım: “Dolmuş bir qabı yenidən doldurmaq çətindir”. Zehnim mənfi düşüncələr və xatirələrlə dolmuşdu. Deməli, mən əvvəlcə dolu olan “qabımı” boşaltmalı idim. Bu isə beynimdəki lazımsız düşüncələr idi.
Məni incidən və kədərləndirən hadisələri hər gün xətsiz ağ vərəqə yazıb cırır və küçədəki zibil qabına atırdım. Vərəqə nə yazdığımın və onu nə zaman atmağımın əhəmiyyəti yox idi. Əsas o idi ki, bu metod artıq öz təsirini göstərməyə başlamışdı. Heç kimə demədiyim və ürəyimə saldığım o qədər problem var idi ki... Bunları yazdıqca rahatlayırdım. Cırıb atarkən “Oldu və bitdi!” deyirdim. Atdıqdan sonra daha da rahatlayırdım. Sanki içimdəkiləri bölüşdükcə yaddaşımdan silinib gedirdi… Özüm özümə terapiya edirdim…
Bir anlıq şübhəyə qapıldım: “Görəsən, Polyanna kimi “Məmnunluq oyunu” oynayıram?” Bu, bir xoşbəxtlik oyunudursa, mənə düşən həmin hadisələri həyatıma çəkmə səbəbini tapa bilmək və “buradan hansı nəticəni çıxarmalıyam?” sualının cavabını axtarmaq idi.

Bu kitab, Nəfəs21 Akademiyasınən Azərbaycan komandası tərəfindən tərcümə edilmişdir
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!