Kainatın İlahi Dili 16

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 16

Bu mövzu haqqında düşünərkən, qarşıma internetdən belə bir gülməli yazı çıxdı:

Bir nəfər cümə namazına gedir. Namaz qıldığı əsnada yanındakı adamdan soruşur:

“Çöldə üstünə “satılır” yazılan maşın sənindir?

Digər namaz qılan adam cavab verir: “Bəli, mənimdir..”

“Qiyməti neçiyədir?”

“7000 tl”

“Mən biraz fikirləşim..” deyir və namaz qılmağa davam edir.

Bir neçə rukətdən sonra həmin adam yenə soruşur:

“Bu maşını 7000 tl əvəzinə, 6000 tl-yə satsan olar?”

Maşının sahibi cavab verir:

“Bir əvvəlki rukətdə 6500 tl-yə yanımdakı digər namaz qılan yoldaşa satdım”.

Lətifədəki adamla mənim heç bir fərqim yox idi. Fikirlərimi cəmləşdirə bilmirdim və diqqətim başqa tərəfə yayınırdı. Bunu anladıqda belə etməyə başladım. İbadət etməzdən əvvəl burnumdan on dəfə dərin nəfəs alıb, burnumdan nəfəs verərək diqqətimi cəmləmək üçün bir texnika tətbiq etdim. Bu olduqca faydalı oldu. Gündəlik həyatımda işlərim qaydasında olmadığı zaman diqqət etdim ki, ağzımdan qısa-qısa nəfəs alıram. Ağızdan yox, burundan nəfəs-alıb verməyə başlayanda isə diqqətimin yayınması probleminin aradan qalxdığını, fikrimi daha rahat və daha yaxşı cəmlədiyimi gördüm. “Bircə nəfəslə həyat bu qədər rahat dəyişirsə, mən də bundan sonraburnumdan nəfəs alıb verməyə qərar verirəm...” deyərək düşündüm. Bu müddət ərzində fikir qarışıqlığını dəf etmək üçün ağlıma gələn mənfi düşüncələri xətsiz ağ kağıza yazır, sonra cırıb atırdım.

Anladım ki, özümü “mükəmməl” və ya “qurban” kimi görməkdən əl çəkməliyəm. Mən də digər insanlarla eyni hüquqa malikəm. Nə kimdənsə yuxarıda, nə də aşağıdayam. Artıq bunları qəbul etməyə başladım.

İnsanları və yaşadıqlarımı asanlıqla və sağlam bir şəkildə qəbul etməyə niyyət edirəm”.

 

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

 

 

 

 

 

 

 

 

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!