Kainatın İlahi Dili 21

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 21

Əvvəlcə içimdəki səs durmadan “mən”i mühakimə edirdi. “Bu sözü deməsəydin, o insan səni tərk etməyəcəkdiSən bu qədər sadəlövhcəsinə güvənməsəydin, aldanmayacaqdın Bu qərarı verməsəydin, işin əlindən çıxmayacaqdıZamin durmasaydın, indi başqalarının borcunu ödəməli olmayacaqdın...” və s. bir çox belə bəhanələr gətirərək, özümü mühakimə edirdim. Bu vəziyyət məni o qədər bezdirdi ki, az qalırdım başımı divara çırpım, bəlkə onda bu vəsvəsədən xilas olaram. Nə yaxşı ki, belə etməmişəm.

Qətiyyətli addım ataraq, ağlıma gələn bu düşüncələrdən xilas olmaq üçün müntəzəm olaraq afirmasiyalar etdim. Özümdə bir şeyin fərqinə vardım ki, burnumdan dərin nəfəs alıb-vermədikcə afirmasiyalarım işə yaramırdı! Ona görə də, afirmasiya edərkən burnumdan dərin və yavaş-yavaş nəfəs alıb verməyə başladım. Bu çox həssas məsələdir. Bundan başqa xətsiz ağ kağıza məni narahat edən düşüncələrimi yazaraq cırıb atırdım.

Nəhayət, “özümü bağışlama” yolunda addım-addım irəliləməyə başladım və yorulmadan, qətiyyətlə yoluma davam etdim. Bağışlama ərəfəsində yavaş-yavaş irəlilədikcə keçmişdə yaşadığım xoşagəlməz hadisələri unuda bilmirdim və hər dəfə bunları xatırladıqca özümə əsəbləşirdim. Dönüb-dolaşıb yenə filmin əvvəlinə qayıtdım.

Axır ki, ən çox hansı məqamda çətinlik çəkdiyimin fərqinə vardım. Kimin əziyyətini daha çox çəkmişdimsə, ən ağır zərbəni də məhz ondan almışdım. Çünki çəkdiyim zəhmətin qarşılığını görmək istəyirdim. Bunun əksini gördükdə daha çox məhv olurdum.

Bu qədər yardımsevər və əliaçıq olmağı mən seçdim. Başqalarının isə bunu qiymətləndirməməsi məni dəli edirdi. Belə olanda özümə daha çox əsəbiləşirdim. Bütün bu hadisələri özümü bağışlama ərəfəsində daha çox xatırlayırdım. O an sanki içimdən bir canavar çıxırdı və özümə hakim ola bilmirdim. Keçmişdə etdiyim “ağılsızlıqlarla üzləşmək” məni daha da gərgin edirdi. Məndən istifadə etmələrinə özüm şərait yaratmışdım. İcazə verməsəydim, heç kim mənimlə bu cür davranmazdı… Özümü arxa plana ataraq başqalarına layiq olduğundan artıq dəyər verib sonra da eyni şəkildə qarşılıq gözləmək doğru deyildi.

Bu yolu mən seçmişəm. “Qayğı göstər, sevgi qazan!” Bu düşüncəmin təməlində dəyərsizlik hissi yatırdı. Belə zənn edirdim ki, qarşımdakı insana qayğı göstərdikcə o xoşbəxt olacaq və mənə təşəkkür edərək dəyərli olduğumu hiss etdirəcək. Lakin zənnimdə yanılmışdım.

Bir şeyi dərk etdim ki, özümü bağışlamaq insanları bağışlamaqdan daha çətindir.

Bağışladığım insanları görmək və ya onlarla üzləşmək məcburiyyətində deyildim. Onlarla üzləşməsəm də hər dəfə güzgüyə baxanda özümü görürdüm. Təraş olduqda, dişlərimi fırçaladıqda, saçlarımı daradıqda özümlə göz təması qurmamaq üçün mübarizə aparırdım! Həyatda hər şeydən qaçmaq mümkündür, amma insan təkcə özündən qaça bilmir. Özümdən qaçmaq mümkün deyildi, çünki hara getsəm də, daxilimdəki “mən” dən qurtula bilmirdim. 

Öyrəndiyim metodları tətbiq etməkdə israrlı idim. Vaxt ötdükcə mənfi düşüncələrin zehnimi uzun müddət zəbt etməsinin qarşısını ala bildim. Hamı kimi mənim də ağlıma mənfi düşüncələr, keçmiş xatirələrim və problemlərim gəlirdi. İndi isə ağlıma necə gəlirsə, elə də çıxıb gedir. Çünki əvvəlki kimi mənfi düşüncələri özümə yaxın buraxmırdım… Bunları dərk etdikdən sonra davranışlarım da dəyişdi: “Doğulduğum gündən bu günə qədər məni üzən, incidən, haqqımı tapdalayan, mənə əziyyət edən bütün insanları və hadisələri qəbul edirəm. Öz seçimlərimi, keçmiş səhvlərimi, boş yerə xərclədiyim zamanı qəbullanaraq bağışlayıram”.

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Dəstək Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!