Kainatın İlahi Dili 9

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı

Kainatın İlahi Dili 9

Hər şey açıq-aşkar ortada idi. Belə ki, mən məsum, onlar isə günahkar rolunda idi. Bu cür düşünmək özümlə üzləşməkdən daha sərfəli idi.

Bir müddət səhhətimdə problemlər yarandı. Daha sonralar isə ancaq yatmaq, heç bir iş görməmək istədim. Hətta mənə elə gəlirdi ki, hər şeydən uzaqlaşaraq başqa bir şəhərə getsəm, mənim üçün daha yaxşı olacaq.

Həyatımı olduğu kimi qəbul etməkdə çətinlik çəkirdim. Çünki mən yaxşı və dürüst insan idim, hamıya yaxşılıq edirdim. Amma gözəgörünməz bir qüvvə tərəfindən cəzalandırıldığımı hiss edirdim.

Günlərlə düşündüm...

Bir şeyi anladım ki, mən inadkarlıq etdikcə, həyat mənə qarşı daha sərt davranırdı.

Üzümdəki maska qalınlaşdıqca, həyatın ağlıma belə gətirmədiyim sərt zərbələri artmaqda davam edirdi. Belə ki, mən daxili münaqişələr yaşadıqca, sanki film yenə başdan başlayırdı. Daha məntiqli düşünəndə gördüm ki, indiyə kimi qorxduğum hər şey demək olar ki, başıma gəlib. Ağlımdan keçən bütün mənfi düşüncələr həqiqətə çevrilmişdi. Bunun fərqinə varanda düşüncələrim yenə qarışdı. Onda mən ya gələcəyi görən münəccim idim, ya da qorxduğu şeyləri başına gətirən, düşüncələri ilə gələcəyini formalaşdıran bir insan idim.

Yaşadıqlarıma əsasən bilirəm ki, Allahdan başqa heç kim gələcəyi bilməz. Belə olduqda ortada ancaq bir seçim qalırdı. Düşündüklərim bir vasitə ilə həyatımda əks olunurdu. Artıq cazibə qanunu dərk etməyə başlamışdım.

“Gözəl sözlər söyləyin, gözəl əməllər edin ki, həyatı da gözəl yaşayasınız.” (Həzrəti Məhəmməd (sallallahu aleyhi və səlləm))

Bu kəlamı görəndə öz-özümə dedim ki, deməli, gözəl şeylər yaşaya bilmək üçün müsbət yöndə düşünməli, xoş niyyətlər etməli, həyatın gözəlliklərinə fokuslanmalıyam.

Ağlımdan keçən fikirlərin hadisələr və ya insanlar vasitəsilə qarşıma çıxdığına şahid olduqda, düşündüyüm hər şeyi həyatıma necə cəlb etdiyimi anladım. Əvvəllər bu məni çox qorxutdu. Çünki düşüncələrimə nəzarət etmək öz əlimdə deyildi. Digər tərəfdən də öz daxili dünyamda “haqqımı tapdalayan, mənə zülm edən, məni aldadan, yarı yolda qoyan insanları həyatıma özüm dəvət etdiyim” fikrini heç cür qəbul edə bilmirdim. Uzun müddət bu ziddiyyətli düşüncələrlə yaşamağa davam etdim. Hər dəfə də “Yox!”deyərək inkar edirdim. Bəzən daxilimdə üsyan edərək problem yaşadığım insaların pis, özümün isə dürüst insan olduğuma qərar verirdim və “Bu tip insanları həyatıma mənim dəvət etməyim məntiqsizdir” deyirdim. Bir şeyi öyrəndim ki, insanların ilk dəfə həqiqəti eşitdiyi zaman bu cür reaksiya verməyi təbii haldır. Daha əvvəl bu təcrübəni yaşayanlar da eynilə mənim kimi müqavimət göstərirmiş.

İllərdir ki, özüm üçün formalaşdırdığım, daim nəzarət etməyə çalışdığım öz dəsti-xəttim var idi və buraya “yaxşı-pis”, “gözəl-çirkin”, “doğru-səhv”, “mükafat-cəza” kimi anlayışlar daxil idi. Əvvəl öyrəndiyim fikirlərlə “Hər şeyi həyatıma mən cəlb edirəm”fikri üst-üstə düşmürdü. Çünki bu vaxta qədər başqalarının fikir və tövsiyələri mənim üçün daha əhəmiyyətli idi.

Başqa insanları razı salaraq xoşbəxt olmağa çalışırdım. Belə davam etdikcə artıq nə edəcəyimi də bilmirdim və çaş-baş qalmışdım. Çünki “özümü xoşbəxt etmədən başqalarını da xoşbəxt edə bilmərəm” fikri bu vaxta qədər inandığım şeylərlə üst-üstə düşmürdü. “Əvvəlcə sevdiklərim”əvəzinə, “mən” sözünü demək necə də ağır və eqoistcəsinə səslənirdi... Əvvəllər “mən” sözünü deməyə qorxarkən ilk dəfə necə dəyərli olduğumu xatırlamağa başladım.

 Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan qrupu tərəfindən tərcümə edilmişdir.

 

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

 

 

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!