Kainatın İlahi Dili 24

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 24

Əgər özünü tarazlaya bilmirsənsə, dünyanın ən yaxşı kəndirbazı da olsan, ipdən yıxılarsan.

Ömür dəftərimi vərəqləyib  geriyə baxanda gördüyüm işlərin ele də faydalı olmadığını, sanki çaydan xəlbirlə su gətirdiyimi düşündüm. Çox kitablar oxudum, oxuduqlarımı həyatıma tətbiq etdim, amma bu addımımda qətiyyətli deyildim. Özümü ələ almağa çalışsam da, bəzi məqamlarda istəmədiyim halları təkrarən yaşamalı olurdum. 

Əhvalımın yaxşı olduğu vaxtlarda isə ətrafımdakı insanlar mənə rişxənd edərək kinayə ilə belə deyirdilər: “Səbəbsiz yerə necə gülə bilirsən? Dəli olmusan? Ağlını itirmisən? Bu qədər problemin içində necə belə rahat davranırsan? Necə arxayın adamsan?! Məgər həyat bu qədər asandır? Xoşbəxtliyinin səbəbi nədir?”

Məni aldadan və incidən insanları bağışladıqda ətrafımdakılardan belə reaksiya görürdüm: “Necə asanlıqla bağışlaya bilərsən? Mən olsaydım, əsla bağışlamazdım və mənə  etdiklərini bir-bir burnundan  gətirərdim! Onun əməlləri cavabsız qalacaq?” Hər dəfə belə sözlər eşidəndə istər- istəməz onların təsiri altına düşür və əhvalım pozulurdu. Belə olduqda isə yaxınlarım mənə deyirdilər: "Görürsən ki, etdiklərin heç bir nəticə vermir. Axı sənə demişdim, bütün bunlar cəfəngiyatdır. Elə bilirsən, yaxşı düşünən kimi hər şey qaydasına düşür? Yığılıb qalan borcları düşüncə gücü ilə necə ödəmək olar? Bu mümkün deyil!”

Xüsusən də, dəyər verdiyim  insanların bircə kəliməsi və davranışı kifayət edirdi ki, mən yenə əvvəlki vəziyyətə qayıdım. Hətta bir müddət ətrafımdakılardan, xüsusilə, sevdiklərimdən davamlı olaraq belə sözlər eşitmək məni özümdən  şübhələnməyə vadar edirdi. “Görəsən, mən doğru yolda deyiləm? Bəlkə xəbərim yoxdur, həqiqətən də ağlımı itirmişəm?  Həyat bu qədər çətin olduğu halda mən nə üçün hadisələrə sərt reaksiya vermək əvəzinə müsbət yanaşıram? Görəsən, mən də başqaları kimi etməliyəm? Onların dediklərinə qulaq asmalıyam?” bu kimi suallar zehnimi meşğul edirdi.

Həyatımda çox çətinliklər gördüm, keşməkeşli yollardan keçdim. Bu hadisələrdən özümə dərs çıxardaraq hər dəfə yeni bir şey öyrəndim, özümü kəşf etməyə başladım və hər hadisədə özümü daha çox tanıdım.

 İnsanların sözləri və reaksiyaları barədə düşünərkən tarazlığı qoruya bilmədiyimi anladım. Bu mərhələdə dərk etdim ki, həyatımdakı ən vacib şeylərdən biri məhz mənəvi tarazlığı qoruya bilməkdir. Yaşadığım hər hansı bir xoşagəlməz hadisə qarşısında neytral ola bilmirdim. Belə ki, bağışladığımı düşündüyüm insanla üz-üzə gəldikdə sanki bədənim lərzəyə gəlirdi və başa düşürdüm ki, hələ də bağışlaya bilməmişəm. Bütün bunlara əsəblərim tab gətirmirdi və özümü idarə edə bilmirdim. İpin üstündə gəzməyə çalışan kəndirbaza bənzəyirdim. Hər dəfə tarazlığı itirdikdə yerə yıxılırdım. Yəqin ki, Sirat körpüsü də buna bənzəyirdi. Anladım ki, insanların sözlərinə əhəmiyyət verməyimin ən böyük səbəbi qorxularımdır. Xəta etməkdən qorxduğum üçün hər işimi mükəmməl etməyə can atırdım.

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Dəstək qrupu tərəfindən tərcümə edilmişdir

 

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!