Kainatın İlahi Dili 27
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
Bəli, artıq həyatımda nəzərə çarpacaq qədər dəyişikliklər baş vermişdi. Məndəki və həyatımdakı müsbət dəyişikliklər artıq yaxınlarım tərəfindən də sezilirdi. Düşüncələrim dəyişdikcə, “Əsla dəyişə bilmərəm! Əlimdən heçnə gəlmir, bacara bilmərəm!” dediyim hər vəziyyətin müsbət yöndə irəlilədiyinin şahidi oldum. Bütün bunlara düşüncələrimi və hadisələrə baxış mövqeyimi dəyişməklə nail olmuşdum.
“Yəni, hər şey bu qədər bəsitdir?” deyərək sevindiyim bir vaxtda böyük təəssüf hissi ilə belə düşündüm: “Niyə ömrümün otuz ilini boş yerə hədər etdim?” Elə həmin vaxt ağlıma təkrar bu cavab gəldi: “Bəli, indiki ağlımın olması üçün edərdim!”
Əvvəllər nədən qorxurdumsa asanlıqla başıma gəlirdi. İndi isə bütün bunları müsbət yönə dəyişdirməyə niyyət edirəm. Bu mövzuda müsbət irəliləyişlər həyatımda da öz əksini tapdı. Mən belə davam etdikcə anam, qardaşlarım və qızımdakı müsbət dəyişliklikləri görür və çox təəccüblənirdim. Qəribədir... Mən yaxşılığa doğru dəyişdikcə, ətrafımdakı insanlar da yaxşıya doğru dəyişirdi. Bugünə qədər fədakarlıq edib hər kəsi xoşbəxt etməyə çalışmaq əvəzinə, özümü xoşbəxt edərək ətrafımdakı bir çox insanın da xoşbəxt olduğunu görmək gözəldir. Bu nəticəni görəndə SEVGİ İLƏ YOLA DAVAM ETMƏYƏ niyyət etdim.
Enerjimi yaşadığım “an”a cəmləməyə başladıqca “ilahi axış”ın varlığını daha aydın hiss etməyə başladım. Əslində, ilahi axış hər zaman mövcud idi. Sadəcə indiyə kimi bunu hiss edə bilməməyimin səbəbi enerjimi keçmişə və gələcəyə sərf etməyim idi.
Belə bir misal çəkim: Yaşadığım küçədə girişin qadağan olduğunu bildirən yol nişanı var idi. Özümə maşın alana qədər həmin nişana diqqət etməmişdim. Biz nəyisə görmürüksə, o demək deyil ki, həmin şey mövcud deyil. İlahi axışı öz həyatımda hiss etməyə başladığım zaman ata-babalarımdan mənə ötürülən mənfi düşüncə qəlibləri ilə asan olan həyatı çətinləşdirdiyimin fərqinə vardım. Biz insanlar kimi, kainatda mövcud olan hər bir şey də güvəndədir və hər zaman ilahi sistemin nəzarəti altındayıq.
İlahi axışa güvəndikcə fərqinə vardım ki, özümə və Yaradana olan inamım da artırdı. Bu məqamda Allah ilə olan bağlantımı gücləndirmək lazım olduğunu anladım... İmanın şərtləri belədir: “Allahın birliyinə, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, xeyir və şərin Allahdan gəldiyinə inanın!”
Etdiyim araşdırmaların nəticəsində gördüm ki, insanlar mələklərdən kömək istəyir. Başlanğıcda buna sərt reaksiya verdim. Nə üçün Allaha yox, mələklərə üz tuturuq? Görəsən, günah etmirik ki? İlahi axışda mələklərdən kömək istəmək nə dərəcədə doğrudur? Görəsən, dinimdən uzaqlaşmırdım ki? Bütün bu müəmmalar düşüncələrimi alt-üst edirdi. Çünki ağızdan-ağıza keçən dini bilgilərimə görə, mələklərdən kömək istəmək günahdır, birbaşa Allaha üz tutmalıyam. Bu səfər ürəyimin səsini dinlədim və mənbəyi dəqiq olmayan bilgilərə inanmaqdansa, bu məlumatı ətraflı öyrənə bilmək üçün birbaşa Qurani-Kərimə üz tutdum və idrak edərək, hiss edərək oxumağa başladım. Oxuduqca fikirlərim qarışdı. Mənə öyrədilən dini bilgilər daha çox günah və cəzaya, Qurani-Kərimdən oxuduqlarım isə daha çox bağışlama, sevgi və hüzura əsaslanırdı. Əgər daha ətraflı araşdırsanız, görərsiniz ki, digər dinlərdə və fəlsəfi təlimlərdə də buna bənzər fikirlər mövcuddur. Onların hər birinin təməlində bağışlama, qəbul etmə, sevgi və “BİR”lik vardır.
Qurani-Kərimi oxuduqca dərk etdim ki, Allah heç bir şeyi əbəs yerə yaratmayıb. Yaşadığımız həyat üçün hər zaman şükür etməliyik. Artıq diləklərimizi birbaşa Allahdan istəməyin daha xeyirli olduğunu dərk edirəm.
“Yaradan sadəcə bu dünyanın deyil, bütün kainatın yaradıcısıdır. Bu səbəbdən kitab vasitəsilə bizə ötürdüyü məlumatları tərəddüdsüz qəbul edirəm. Sevgini və hüzuru qəbul edib paylaşmağı seçirəm”.
İlahi sistemin məndən tələb etdiyi bu idi və mən də tərəddüd etmədən bu sistemlə uzlaşmağı seçdim. Əvvələr hər şeyə nəzarət etməyə çalışan xarakterə sahib idim. İndi isə dərk edirəm ki, Allahın icazəsi olmadan bu kainatda bir qum dənəsi belə yerindən tərpənə bilməz. Belə ki, qüsursuz işləyən ilahi bir sistem var. Mənim vəzifəm isə sevgi ilə bu sistemə ayaq uydurmaq, Yaradanı şükür və həmd ilə xatırlamaqdır. Artıq bir işə başlayarkən həm bildiyim duaları edirəm, həm də ilahi axışa sevgi ilə yanaşıram. Mən ilahi axışa güvəndikcə işlərim də qaydasına düşür.
Bu müddət ərzində arzularımı və ilahi sistemdən gələn cavabları analiz etməyə başladım və belə nəticəyə gəldim ki, özümün və insanlığın xeyrinə etdiyim hər hansı bir dilək yalnızca özümə dilədiyim arzulardan daha tez həyata keçirdi. Sanki ilahi sistem niyyəti insanlığa xidmət etmək olanlar üçün səfərbər olurdu... Bunu dərk etdikdən sonra arzularımı artıq bu şəkildə dilə gətirdim. “BU İSTƏYİM İNSANLIĞIN XEYRİNƏDİRSƏ, ASANLIQLA VƏ SAĞLAM BİR ŞƏKİLDƏ HƏYATA KEÇSİN”.
Yeni düşüncə tərzim belə idi: “Həyatın axışına güvənirəm. Möcüzələrə layiq olduğumu sevgi ilə qəbul edirəm. Təmiz qəlbli insanların xoşbəxt və uğurlu həyat yaşayacağına inanıram. Bütün gözəlliklərə layiqəm”.
Ən çətin anımdan ilahi axışa ayaq uydurana qədərki zaman dilimi təxminən üç il davam etdi. Bu müddət keşməkeşli, bəzən xoşbəxt, bəzən də ümidsiz bir dövr oldu. Təslim olmadım və özümə belə bir söz verdim: “Başqalarına sərf etdiyim zamanın və zəhmətin bir qismini özümə sərf etsəm, hər işin öhdəsindən gələ bilərəm. Elə isə mən bu yolu seçirəm”.
Özümə və ilahi axışın içindən mənə kömək edən hər zərrəyə bütün varlığımla təşəkkür edirəm. “An”da qala bilmək və ilahi axışa güvənmək bu həyatdakı ən böyük möcüzə və zənginlikdir.
“Allahım, keçmişdə şikayət edib indi fərqinə vardığım və yaşadığım bütün çətinliklərin səbəbi, əslində, məni sənə yaxınlaşdırmaq üçün olduğunu sevgi ilə qəbul edir və düşüncələrimin məsuliyyətini dərk edirəm. “Sənə təslim olur, nuruna güvənirəm! Yaratdığın sistemə asanlıqla və sağlam bir şəkildə ayaq uydurmağa niyyət edirəm”. Mən və sevdiklərim ilahi qoruma altındadır...”

Bu kitab Nəfəs21 Akademiyası Azərbaycan qrupu tərəfindən tərcümə olunmuşdur
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!