Kainatın İlahi Dili (4)
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
“NİYƏ MƏHZ MƏN?”
“İnsanlara hər zaman yaxşılıq etməyimə, dürüst və çalışqan olmağıma, ibadət etməyimə və insanlarla hər şeyimi paylaşmağıma baxmayaraq niyə məhz mən?” deyərək dəfələrlə özümə sual verdim və ölməyi düşündüyüm bir anda göy üzünə doğru hayqırdım: “Ya al canımı, ya da cavab ver! Bu dünyaya niyə gəlmişəm? Niyə hər şey elə mənim başıma gəlir? NİYƏ MƏHZ MƏN?”
Dəfələrlə özümü bu cür sorğu-sual etdim.
Belə çətin vaxtlarımda ətrafımda heç kimi tapmadım. Uğrunda özümü fəda etdiyim insanlar sanki yoxa çıxmış, meydanda tək qalmışdım.
Sahib olduğum hər şeyi itirmişdim. İşdən çıxmışdım, ailəm dağılmışdı və külli miqdarda borcum var idi. İnsanlara, özümə və Yaradana olan etibarımı itirmişdim. Sanki bu həyatdan yox olub gedirdim. Bir sözlə, həyatın zərbəsi çox sərt olmuşdu.
İnsanlara, özümə, Yaradana qarşı qəzəbli və incik idim. Bir qərar verməli idim. Qərarım isə“Niyə mən?” sualına cavab axtarmaq oldu.
Kitab, Nəfəs21 Akademiyası Azərbaycan Qrupu tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!