Kainatın İlahi Dili 19
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.
Mən bağışladıqca işlərimin irəlilədiyinin və hisslərimin dərinləşdiyinin fərqinə vardım. Hər şey yavaş-yavaş qaydasına düşməyə başladı....
Kitabın ilk səhifəsindən bura qədər ümumiləşdirsək:
- Bu günə qədər həyatımı qorxuların yönləndirdiyini anladım.
- Əgər həyatımda hər hansı bir çətinliyim varsa və ya dərd çəkirəmsə, deməli, OYANARAQ KİM OLDUĞUMU XATIRLAMA ZAMANI YETİŞİB.
- Nə qədər dərin yuxuda olaramsa, məni ayıltsın deyə, bir o qədər qəliz hadisələri və insanları həyatıma cəlb edərəm.
- Yaşadıqlarımın səbəbkarını kənarda axtarmaqdan və özümü günahlandırmaqdan əl çəkdim.
- Həyatımda yaşadığım bütün uğursuzluqları pis hadisələr kimi yox, oyanışım üçün mənə kömək edən, dərs almalı olduğum hadisələr və ya insanlar kimi qəbul edib, keçmişimi bağışladım.
Xüsusən də “ƏSLA BAĞIŞLAMAYACAĞAM!” dediyim hadisə və insanları da “ÖZÜM ÜÇÜN” bağışladım.
- Əfv etdiyim insanlarla danışaraq onları bağışladığımı demək məcburiyyətində deyildim.
- Bağışladığımdan əmin olmaq üçün həmin insanları düşünəndə, adlarını eşidəndə və ya onlarla üz-üzə gələndə, təmkinli davranaraq onlara qarşı mənfi heç bir şey hiss etməmək kifayət edirdi.
- Güclü görünmək və hamını xoşbəxt etmək məcburiyyətində deyildim.
- Nəhayət ki, anladım.....! Həyatdakı ən gözəl hisslər QƏBUL ETMƏK VƏ BAĞIŞLAMAQDIR....
Bağışlamaq məni mənfi duyğu və düşüncələrdən AZAD EDİR...
ŞÜKÜRLƏR OLSUN, HƏMD OLSUN!
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə olunmuşdur.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!