Kainatın İlahi Dili 11
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı
Yaşadığım problemlər mənim gözümü açmışdı, ilk dəfə ümidləndim və əhvalım yavaş-yavaş düzəlməyə başladı. Sanki həyatıma yeni bir günəş doğdu. Əgər düşüncələrimlə öz həyatımı məhv etməyi bacardımsa, bunun tam əksini edərək həyatımı zirvəyə də qaldıra bilərəm.
Əvvəllər zehnimi məşğul edən mənfi düşüncələrin məsuliyyətini öz üzərimə götürməkdən qaçırdım. Artıq əvvəlki kimi müqavimət göstərmirdim. Dəyişiklikdən qorxub qaçmaq əvəzinə, onu qəbul etməyə niyyət etdim. “HƏR KƏS YENİ BİR BAŞLANĞICA LAYİQDİR” deyərək ilk addımı atdım. Bugünə kimi vərdiş etdiyim mənfi düşüncə tərzini düzəltməyə qərar verdim. Həddindən artıq çox borcum var idi və ancaq bu barədə düşünürdüm. Borcumu düşündükcə, o daha da böyüyürdü. Qəribə idi.. Səhərə kimi “Necə ödəyəcəm? Nə edəcəm?” fikri məni rahat buraxmırdı və belə olduqda borclarım daha da çoxalır, faizlər getdikcə artırdı. Yaxşı şeylər haqqında düşünməyə çalışsam da, bu qısa müddətli olurdu və beynimdəki o səs yenə pıçıldamağa başlayırdı: “Necə ödəyəcəm? Nə edəcəm?”
Cibimdəki qəpik-quruşla loto bileti alıb, şans oyunları oynamağı sınadım, amma burda da bəxtim gətirmədi. Çox bəxtsiz olduğumu düşündüm və özümü ələ almağa çalışdıqca daha da bədbinləşdim. Yaşadığım problemlərin səbəbini anlamaq istəmirdim. Sadəcə istəyirdim ki, haradansa əlimə çoxlu pul gəlsin, borclarımı ödəyə bilim və həyat öz axarına düşsün. Bu cür düşünərək vaxt itirdiyimi anladım. Hər dəfə başdan başlayır, sonra özümü toplayıb düşüncələrimi mənfi şeylərdən təmizləməyə çalışırdım. Bütün diqqətimi borcların ödənilməsinə yönəltmişdim. Borclar isə getdikcə üst-üstə yığılırdı. Bir gecə fikrə getdikdən sonra öz-özümə dedim: “OYAN! Sən borc haqqında düşündükcə və danışdıqca borclar daha da böyüyür. Bu isə sadəcə vaxt itkisidir. Diqqətini pul qazanmağa yönəlt”. İşdən çıxmışdım, heç bir məşğuliyyətim yox idi. Özüm üçün iş axtarmağa başladım və şirkətlərə müraciət etdim. “Biz səninlə əlaqə saxlayarıq...” deyib göndərirdilər. İş üçün bir çox yerə müraciət etsəm də, nəticəsi eyni idi... Bir daha məni axtaran, iş görüşünə çağıran olmadı...
Daha sonra düşündüm: “Ən yaxşı hansı işi bacarıram?” Dərhal ağlıma bir cavab gəldi: “qrafik dizayn”. Çox düşünmədən bir layihə hazırlamağa başladım və bunu həyata keçirmək üçün addım atdım. Borclarım haqqında düşünmək əvəzinə, çətin də olsa işim haqqında düşünməyə başladım. İşlərimə adaptasiya olduğum müddətdə bir şeyi anladım: Borcum haqqında düşünməyib, işlərimə diqqət yetirdikdə həyatımdakı bolluq və bərəkət də artırdı. Lakin bu düşüncələrim də qısa müddətli olurdu. Diqqətim tez yayınır, keçmişdə qəlbimi qıran, haqqımı tapdalayan insanlar və hadisələr ağlıma gəlirdi. Bu yaşananları həyatıma cəlb edərək səbəbkarın özüm olduğunu bəzən qəbul edirdim, bəzən isə qəbul etmək istəmirdim. İşə uyğunlaşmağa cəhd edirdim. O vaxta qədər həmişə başqalarına xidmət etmişdim. İlk dəfə özüm üçün nəsə etməyin necə bir hiss olduğunu anlamağa çalışırdım. Diqqətimi işə yönləndirə bilməyim qısa müddət çəkirdi. İşimə adaptasiya olduqda isə uğur əldə edirdim. Ona görə də indi daha çox hərəkətə keçmək vaxtı idi. Keçmişdəki yaşananları düşünmədən diqqətimi gördüyüm işə yönəltməli idim. Bunu bacara bilsəm, yeni bir başlanğıc edəcəkdim...
Görəsən düşündüklərimi həyatıma özümün cəlb etdiyimi və artıq bunun məsuliyyətini öz öhdəliyimə götürməyin zamanı olduğunu qəbul edə biləcəkdimmi?
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!