Kainatın İlahi Dili 12
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı
QƏBULLANMA
Əvvəllər “qəbul etmək” mənim üçün olduqca çətin idi. Adətən özümü “yaxşı”, mənə haqsızlıq edənləri isə “pis insan” kimi qiymətləndirirdim. Başıma gələn hər hadisəni Allaha tapşıraraq, bunu mənə yaşadanlara “Allah cəzanı versin” deyirdim. Hər zaman haqlı olmağa çalışırdım və bu mənim üçün çox əhəmiyyətli idi. Sonradan anladım ki, bu mənim “günahlandırılma qorxum”dan qaynaqlanırdı. Maraqlı bu idi ki, həmişə həyatıma özüm kimi insanlar daxil olurdu. Onlar da eynilə mənim etdiyim kimi yekun sözü deməyə və özlərinə görə haqlı olmağa çalışırdılar. Mən isə onları həmişə günahlandırır, onları “pis”, özümü isə “yaxşı” insan adlandırırdım.
Uşaqlıqdan müəyyən qaydalar və çərçivələrlə böyümüşəm. Mən böyüdükcə zehnimdə “yaxşı insan”, “dürüst insan”, “namuslu insan”, “yalançı insan”, “oğru insan”, “pis insan” - kimi düşüncə qəlibləri formalaşmışdı.
Yaş artdıqca görürdüm ki, buna bənzər düşüncə qəlibləri dünyanın hər yerində var. Bir çox fəlsəfə və dində ancaq “yaxşılıqlardan” bəhs edilirdi və mən də “yaxşı insan” olmağa çalışırdım.
Öz daxilimə nəzər salanda gördüm ki, dürüstlükdən danışsam da, çox vaxt heç özümə qarşı dürüst davranmıram. Başqalarının yalanlarını ittiham edəndə heç özümü sorğulamırdım: “Görəsən, mən özümə yalan danışdımmı?” Görəsən, mən indiyə qədər özümü neçə dəfə aldatmışam???
Əslində, illərdir ki, “yaxşı niyyət” bəhanəsi ilə dəfələrlə “özümü aldatdım”. O ərəfədə keçirdiyim hisslər birdən-birə formalaşmamışdı. Yaşadığım bu mənfi hadisələr daha əvvəllər öz zehnimdə qurduğum düşüncələrin nəticəsi idi. Keçmiş düşüncələrimlə səpdiyim toxumların meyvələrini indi toplayıram. Bütün bunların bünövrəsini uzun illər öncə qoymuşdum...
İndi isə keçmişdə bilərəkdən və ya bilməyərəkdən etdiyim səhvləri qəbul etmək zamanıdır. Yəqin ki, mən də bilərəkdən və ya bilməyərəkdən başqa canlıları incitmişəm. Allah bilir, bunu neçə dəfə etmişəm.. Öz təxəyyülümdə qurduğum “Mən yaxşı insanam” inanc qəlibi ilə qürurlandıqca, görəsən, neçə dəfə bu qəlibdən çıxmışam?
İndi öz keçmişimlə üzləşəndə diqqət edirəm ki, çox vaxt dürüstlükdən danışsam da, heç özümə qarşı dürüst olmamışam. Yalan danışan insanları ittiham edirdim, halbuki, illərlə özümə yalan danışmışam...
“İdmana başlayacam...” dediyimdən neçə il ötdü? Və mən hələ də idmana başlamamışam...
“Bu gündən sağlam qidaya keçirəm...” dediyimdən nə qədər vaxt keçdi və mən hələ də başlamamışam...
Yalandır!!!! Həm də böyük yalan!
Demək ki, bu günə qədər dürüst olduğuma inanıb, başqalarını ittiham edəndə güzgüdə özümə də baxmalıyammış. Burada məqsədim özümü pisləmək və ya günahlandırmaq deyil. Məqsədim öz-özümlə üzləşməkdir!
Fərqində olmadan fikir ayrılığına düşmüşdüm: “yaxşı-pis”, “gözəl-çirkin”, “ağıllı-dəli”, “çalışqan-tənbəl”, “uğurlu-uğursuz”, “varlı-kasıb” anlayışları daim məni narahat edirdi...
Bir şeyi də dərk etdim: mən hansı düşüncə tərzini dəstəkləyirdimsə, düşüncəmə zidd insanlar və ya hadisələrlə qarşılaşırdım. Rahibə Teresanın bir sözünü xatırladım. İllər öncə ondan “müharibə əleyhinə” fəaliyyət göstərən bir təşkilata qoşulmağı xahiş edildikdə o, hər hansı bir düşüncə tərzinin qarşısında olmayacağını, yalnız sülhməramlı bir təşkilat yaradılarsa, ona qatılacağını bildirmişdi.
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!