Kainatın İlahi Dili (3)

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili (3)

 Daxilən məğlub, zahirən isə güclü adam olmaqdan çox yorulmuşdum. Maraqlısı bu idi ki, həyatda məni güclü göstərən səbəblərdən yapışıb maskamın arxasında gizləndikcə, sanki gözəgörünməz bir qüvvə məni silkələyirdi.

Bu necə bir şey idi? Baş verənlərə bir ad verə bilmirdim. Mən dürüst, təmizürəkli, ibadətlərini yerinə yetirən, başqası pis olmasın deyə dərdlərini öz içinə atan, insanları incitməmək üçün əlindən gələni edən, yəni, cəmiyyətin arzuladığı ideal insan olduğum halda, həyatımdakı hər işin tərs gedərək nəzarətimdən çıxdığını hiss etmək mənim üçün aydın olmayan, məna verə bilmədiyim bir təcrübə idi. Fasiləsiz  işləməyimə baxmayaraq, yenə də çatışmazlıqlar var idi.

Maskamın yırtılmasından o qədər ehtiyat edirdim ki, onu bərk tutub saxlayırdım. Sanki iki nəfər idim: maskamın xaricindəki güclü mən və maskamın içindəki dəli olmaq dərəcəsinə çatan, “Artıq bəsdir!”deyərək üsyan edən aciz mən.

O qədər inadkar idim ki, hər zaman çətin olanı seçirdim. Başqalarının edə bilmədiklərini bacarmaq sanki özümü isbat etməyin yeganə yolu idi. Özümü təsdiqləyərək insanlara var olduğumu, dəyərli olduğumu hiss etdirməyə və qəbullandırmağa çalışırdım. “Pul qazanmaq asan deyil; pulu ağacdan toplamırlar; çoxlu pul halal yolla qazanılmaz.” kimi fikirlər beynimə həkk olunmuşdu.

Mənə öyrədilən hər şeyi mükəmməl icra etmişdim. Ailəmin və cəmiyyətin istəklərini onların ürəyincə etsəm, məni daha çox sevəcəklərini düşünürdüm. Ancaq özümü düşünməyin eqoistlik olduğuna inanaraq hər zaman başqaları üçün yaşadım.

     Birdə baxdım ki, tükənmişəm.

     “Kişilər ağlamaz” dedilər,

     Ağlamadım!

     “Kişilər güclü olar” dedilər,

     Güclü oldum,

     “Kişi evin dirəyidir” dedilər,

     Dirək oldum,

     Lakin o dirək ən sonda ağırlığa tab gətirə bilməyərək qırıldı...

O güclü adam həyatdan o qədər zərbə aldı ki, sonda ona məxsus olan hər bir şey payız yarpaqları tək soldu, qurudu və əlindən uçub getdi.

Özümü çox tənha və çarəsiz hiss etdim. Səhərə qədər yerimdə ağladığım vaxtlar oldu, amma heç kimə bildirmədim. Həyat çox çətindir. Öyrəndiyim və tətbiq etdiyim heç bir şey köməyimə çatıb, məni bu vəziyyətdən xilas edə bilmirdi.

Artıq bu dünyada yaşamaq istəmirdim. Çünki daxilən özümü çox bədbəxt, bacarıqsız və natamam hiss edirdim və sevilmədiyimi düşünürdüm. Heç bir işə yaramırdım və dəyərsiz biri idim. Bunları hiss etdikcə daha da qəzəblənirdim. Mən qəzəbimə hakim olmadıqca eyni uğursuz hadisələr təkrarən başıma gəlirdi. Məkanlar və insanlar fərqli olsa da, hadisələr və nəticələr eyni məzmunda təkrarlanırdı.

Əvvəlcə bu yaşadığım hadisələrə bir məna verə bilmirdim. Əlimdən bir şey gəlmirdi və artıq tükənmişdim. Bildiklərim heç bir işə yaramırdı. Gedəcək başqa bir yerim yox idi. Yaradana sonsuz inancım olsa da, bir anlıq içimdə Ona belə üsyan etdim.

 Kitab, Nəfəs21 Akademiyası Tərcümə Dəstək Komandası tərəfindən tərcümə edilmişdir:

 

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

https://nefes21.com/az/profil/leyla-mahmudova

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!