Kainatın İlahi Dili 14

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 14

Sözünün üstündə durmaqla bağlı:Əgər kimsə mənə söz verdiyi halda sözünün üstündə durmursa, öz daxilimə nəzər salıb: “Görəsən mən harda kimə və ya elə özüməverdiyim sözü tutmadım?” deyərək, dəfələrlə özümü sorğu-sual edirdim.

Qayğı və nigarançılıqla bağlı:Əgər anam mənə görə həmişə nigaran olursa, düşünürdüm ki, görəsən hansı məqamda öz gələcəyimlə və ya sevdiklərimlə bağlı narahatlıq duyuram? Bu narahatçılığı özümdən uzaqlaşdırmağa çalışırdım.

Sevdiklərimizin bizə vaxt ayırması ilə bağlı: Kimsə mənə vaxt ayırmırsa, yenə də öz-özlüyümdə düşünürdüm: “Mən özümə nə qədər vaxt ayırıram?

Məsuliyyətli olmaqla bağlı: Həyatımda məsuliyyətsiz insan varsa, özümdən soruşuram: “Mən nə vaxt öz məsuliyyətlərimdən boyun qaçırdım?”

İkiüzlülüklə bağlı: Qarşımdakı insan başqalarına qarşı mələk üzlü, amma mənə qarşı pis davranırsa, yenə də öz-özümü soğu-sual edərdim: “Mən nə zaman insanlara qarşı ikiüzlülük edirəm?” Və ya “Kənardan xoşbəxt görünüb, daxilən özümü narahat hiss edirəmmi? Özümə qarşı ikiüzlü davranırammı?

Xəsislik etməklə bağlı: Qarşımdakı insan hər kəsə qarşı əliaçıq davranıb, mənə qarşı xəsislik edirsə, deməli: “Bolluğu özümə sərf etmək əvəzinə başqalarına paylamışam. Özümü necə arxa plana atıram? Pulsuz qalmaqdan nə dərəcədə qorxuram?” deyə düşünürdüm.

Uşaqların dərsləri ilə bağlı: Övladım ev tapşırığını yerinə yetirməyəndə fikirləşirdim ki, “Mən nə zaman həyatdakı vəzifələrimi təxirə saldım və ya heç yerinə yetirmədim?” Uşağı danlamaq, ona qışqırmaq əvəzinə, həyatımla bağlı vəzifələrimi yerinə yetirərək ona yaxşı nümunə olmağı seçmək qərarına gəldim. Bu da çox yaxşı  nəticə verməyə başladı. Öz məsuliyyətini dərk edən, öhdəliklərini yerinə yetirən ata məsuliyyətli övlad böyüdər düşüncəsi ilə danışaraq yox, əməl edərək örnək olmağa başladım.

Daxilimdə etdiyim bu hesabatlar nəticəsində anladım ki, hadisələri, özümü və insanları qəbul etməyə başladıqca, hisslərim öz-özünə güclənməyə başladı və hadisələri daha yaxşı dərk etməyə kömək etdi. Sanki yavaş-yavaş üstümdən ağır bir yük götürülürdü.

Bu necə gözəl duyğudur!

Münasibətlər və onların doğru yönləndirilməsi ilə bağlı ətraflı  məlumatları “İki tam Bir Tək” adlı kitabımızdan əldə edə bilərsiniz.

Artıq qəbul edirəm. Yaşadığım hər hadisəni həyatıma mən cəlb edirəm və artıq kənarda təqsirkar axtarmıram”.

Qəbullanmağa və bağışlamağa başladıqdan sonra əvvəlki “mən” ilə yeni “mən” arasında bir çox fərqlər meydana gəldi. Hər ötən gün, hətta hər dəqiqə, bir çox yeni fərqindəlik baş verirdi.

Şükürlər olsun, həmd olsun Allahıma...

Əvvəllər öz həyatıma yön verə bilmirdim. Sanki coşğun axan çayda üzən bir budaq və ya payız fəslində küləyin uçurduğu bir yarpaq kimi idim...

Özümü təmizlədikcə, düşüncə tərzimi dəyişdirdikcə, həyatımda baş verən hadisələrin də dəyişməyə başladığını görmək çox gözəldir...

Əvvəllər qızım dərsləri ilə çox məşğul olmurdu. Lakin mən özümə vaxt ayırmağa başlayanda, öz vəzifələrimi, məsuliyyətimi öhdəliyimə götürəndə qızım da öz işlərinə məsuliyyətlə yanaşmağa başladı. Dəfələrlə “Ev tapşırıqlarını gətir, birlikdə yazaq...” desəm də, gecə saatlarına qədər kiçicik də olsa yol qət edə bilmirdik. Bu vəziyyət nə onun xoşuna gələrdi, nə də mənim. Başa düşdüm ki, qızım da mənim kimidir. Özünü arxa plana atıb, gələcəkdə saçını süpürgə edəcək biri yetişirdi... Bu taleyi dəyişdirəndə  gördüm ki, qızımda da dəyişir...

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!