Kainatın İlahi Dili 13
Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı
Anladım ki, hər nə qədər bir fikrin əleyhinə olsam, həmin fikrin reallaşmasına bir o qədər təkan verirəm. Ona görə də zehnimdəki bu ziddiyyətlərdən qurtulmalı idim.
Bağışladıqdan və qəbul etdikdən sonra hər hadisəyə qarşı NEYTRAL qalıb, özünü və bütün insanları olduğu kimi qəbul edə bilmək daha önəmli idi. “Əvvəlcə nə etməliyəm? Özümü necə qəbullana bilərəm?” deyərək hadisələrə bitərəf yanaşa bilməyin yollarını axtarırdım.
Neytral ola bilmək üçün ilk öncə özümlə üzləşdim. Hadisələri düşüncələrimlə həyatıma çağırdığımı qəbul etdim. Bunu qəbul etmək asan olmasa da, artıq özümə və yaşadığım hadisələrə aid hər məsuliyyəti öz öhdəliyimə götürmüşdüm.
İnsanların etdiklərinə qarşılıq vermək əvəzinə, “Mən nə üçün bu hadisəni həyatıma cəlb etdim?” deyərək düşünməyə başladım. Hadisələri bir-bir analiz edərkən, az qala dəli olurdum: “Doğrudanmı hər şeyi həyatıma özüm cəlb edirəm?” söyləyərək deyindim. Sonra bunu düşüncə süzgəcimdən keçirdərək yenilədim. Xüsusən hadisələrə, sıx münasibətdə olduğum insanlara, mənim üçün dəyərli olan kəslərə daha çox diqqət etməli idim. Atalar sözündə deyildiyi kimi: “Daş uzaqdan gəlməz”. Yəni, biz yaxın çevrəmizdəki insanlarla sınağa çəkilirik.
Hər kiminlə sınağa çəkildimsə, onları qəbullanmağa qərar verdim. Bu mənim üçün çox vacib addım idi....
Həyata başqa gözlə baxmağa başlayanda,doğru hesab etdiklərimin yalnış, yalnış bildiklərimin isə doğru olduğunu dərk etdim. Əslində, dinimizdə də belədir: “Xeyir bildiklərinizdə şər, şər bildiklərinizdə xeyir vardır”.
Düşüncələrimə görə yaşadığım hadisələri və ətrafımdakı insanları hesaba çəkməyə başladım və bunları tətbiq etdim:
Yalanlarla bağlı: Kimsə mənə yalan danışanda öz daxilimə nəzər salıb: “Niyə məhz bu insanı həyatıma doğru çəkdim? Harda özümə və ya başqasına yalan danışıram?” deyərək özümü sorğu-sual edirdim..
Qədir bilməməklə bağlı:Kimsə mənim qədrimi bilməyəndə, dərhal: “Mən öz həyatımda kimin qədrini bilmədim?” və ya “Özümə layiqli dəyəri verirəmmi?”deyərək daxilimə nəzər salırdım.
Qısqanclıqla bağlı:Həyatıma qısqanc bir insan daxil olduqda özümü belə sorğu-sual edirdim: “Mən kimə qarşı qısqanclıq edirəm?” və ya “Özümə qısqanclıqla bağlı problem yaradırammı?”
Rəqabətlə bağlı:Kimsə mənimlə ədavət edəndə və ya iş yerindəkilərin məni gözü götürməyəndə özümə sual verirdim: “Mən nə zaman, harada, kiminlə rəqabət etmişəm?”və ya“Mən öz-özümlə münaqişədəyəmmi?”
Diqqət göstərməklə bağlı: Adətən münasibətlərimdə qarşımdakı insan daim məndən diqqət gözləyirsə: “Görəsən, mənim diqqətə, qayğıya ehtiyacım varmı? Kifayət qədər özümə diqqət göstərirəmmi?” deyərək özümü sorğu-sual edirdim.
Mübahisə etməklə bağlı:Qarşımdakı insan davamlı olaraq mənə qışqırırsa, münasibətlərimizdə bir gərginlik yaşanırsa, öz daxilimə nəzər salıb: “Görəsən, mən öz içimdə ona qışqırırammı? Kimə qarşı səsimi yüksəldirəm?” və ya “Daxilən özümlə münaqişədəyəmmi?” deyərək soruşurdum.
Uşaqların hiperaktiv olması ilə bağlı:Övladım həddindən artıq hərəkətli, hiperaktivdirsə və tükənməyən enerjisi varsa, özümdən soruşurdum:“Görəsən, zehnimdəki düşüncələr də bu cür dayanmadan hərəkət edir? Mən də davamlı olaraq və fasiləsiz düşünürəmmi?”
Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.
Aynur Seyidova
https://www.facebook.com/aynur.seyidova.96780
https://www.instagram.com/aynur.seyidova.87/
Leyla Mahmudova
https://nefes21.com/az/profil/leyla-mahmudova
https://www.instagram.com/mahmudova2171/
Sevinc Məmmədova
https://www.instagram.com/alimeleksevcan/
https://nefes21.com/az/profil/sevinc
Nərgiz Bağırlı
https://www.instagram.com/nergizliva?r=nametag
Xuraman Mürsəlova
https://www.facebook.com/khuraman.mrsl
https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link
Səfayə Əhmədova
En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!