Farkındalık Şiirleri 5- Oğlum İbrahimə nəsihət olsun!

Nefes21 Akademi 2021 Eğitim Projesi Şiir Yarışması Dördüncüsü

Farkındalık Şiirleri 5- Oğlum İbrahimə nəsihət olsun!

Oğlum İbrahimə nəsihət olsun!

 

Sev! Sev oğul, sevgi səni qatarlara mindirsin, dünyaları gəzdirsin!

Kainatı sevginlə qucaqla

İnsanlıq sevgiyə möhtacdır, oğul.

Bir damla sevgi min günəşin işığı və enerjisidir.

Sən sevgini əsirgəmə, yay sevgini, yay, oğul!

Sevgidir Allaha gedən yol,

O yolu tap, o yoldan tut, ordaca qal oğul!

 

Nəfəs al,  ver...

Nəfəsi vərənə də, alana da şükür edə-edə...

Haydan gəlib üzü Huya gedə-gedə...

Nəfəs alan ol oğul, buğdanı unut

Nəfəs əhli ol, nəfəsinlə ovut!

 

Fərqinə varmadan özünü həlak etməyə dəyməz

Zehnin fərqindəliklə pöhrələnir,  oğul.

Qızılgülü  qoxlamasan,  Peyğəmbəri anmazsan

Bəlkə də bir toxunuşla qoxusunu alarsan?!

Kəpənəyin uçuşunu seyr etmədən,

Buludların yağış adlı şikayətini dinləmədən

Cadar olmuş torpağın su yanğısını anlamazsan

 

“Allah bağışlayandır”! oğul,

 Bağışlanma nə gözəl bir nemətdir.

Elə isə ilk öncə özünlə, daha sonra ətrafınla sülh içində ol!
Düşünmə ki, yenilərsən,

Qürurunu tərbiyə et!

Bağışla ki, xoş enerjin  sabit dursun

Bağışla ki, könül gözün açıq qalsın

Bağışla ki, həqiqəti görə bilmək nəsib olsun

Sən bağışla və daxilən rahatlıq tap!

 

Kini, küdurəti sil ürəyindən

Qınama!

Öz əlinlə dəvət məktubu yazmaqdır qınamaq.

Sən qınarsan, o sənə doğru gələr

Ruhunu incidər, qəlbini dələr.

 

  • Yaxşı ki mənim üçün varsan anacan.

Öyüd - nəsihətin yararlı olsun!

        Mənə dediklərin bu xoş niyyətlər,

        Həyat yollarıma çıraq tutsun!!

Leyla Mahmudova- Azərbaycan

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!