Kainatın İlahi Dili 8

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili 8

DƏRK ETMƏ

Çəkdiyim əzablara artıq bir son qoyulmalıdır!” deyərək üsyan etdiyimdə artıq iş-işdən keçmişdi. Bir şeyi başa düşdüm ki, eyni hadisələr dəfələrlə başıma gəlir, həyatıma daim eyni xarakterli insanlar girir, hər işimdə və hər münasibətimdə bənzər situasiyalarla üzləşirəm...

Mən yenə də axtarışlara davam edirdim. Bütün mənbələrdə deyilirdi ki, düşüncələrinizi yaşayırsınız, hər şeyi həyatınıza SİZ CƏLB EDİRSİNİZ!

Necə yəni?

Bu necə ola bilər?

Belə çıxır ki, bu günə kimi yaşadığım hər şeyi həyatıma mən çəkmişəm?

Buna görə mən cavabdehəm?

Bütün bunlar cəfəngiyatdır...

Qəbul edə bilmərəm.

Bu fikirlər məni çox sarsıdırdı. Çünki günahkarı həmişə kənarda axtarırdım.

Əgər elədirsə, onda bu yaşadıqlarımı nə üçün öz həyatıma cəlb edim? Dəli deyiləm ki, xoşagəlməz hadisələri yaşamaq istəyim.

Hər şey aydın idi... Pulum olsaydı, həyat yoldaşım məni tərk etməzdi... Dostum dürüst insan olsaydı, ona zamin duranda bütün borcunu mənim üstümə atıb qaçmazdı. Dostlarım yaxşı insanlar olsaydı, dar günümdə məni tək qoymazdılar. Bu üsyanlar beynimin içində fırlanırdı, zehnim dayanmadan düşünürdü... Bir sözlə yaşadığım bu çətinliklər, haqsızlıqlar məni heç rahat buraxmırdı...

“Özünə qayıdış” ərəfəsində kainat adlı yeni bir anlayışla qarşılaşdım. Kainat nədir?

Elm adamları izah edirdilər ki, kainat və kainatdakı hər şey enerjidən ibarətdir. Bu mənə çox qəribə gəlirdi. Elmi izahat olsa da, bu izahata inanmağım üçün hər hansı bir sübutum olmalı idi. Bu da o deməkdir ki, hər şey enerjidən yaranır. Hava, su, torpaq və mən...

Tədqiqatlarımın Qurani-Kərimə, Peyğəmbərimizin (sas) və digər dinlərin peyğəmbərlərinin kəlamlarına uyğun gəlməsi mənim üçün əhəmiyyətli idi və özümü daha etibarlı hiss etdirirdi. Yaşadığım şeylərin səbəbini axtarmağa çalışarkən öz əqidəmdən uzaqlaşmaq istəmirdim.

Araşdırmağa davam edərkən elm adamlarının bəhs etdiyi daha bir mövzu diqqətimi çəkdi: “Cazibə qanunu”.

Cazibə qanununa əsasən, düşüncələrimiz enerji ifraz edir və bu enerji düşündüklərimizi həyatımıza cəlb edir.

Cazibə qanununu yenicə araşdırmağa başladığım vaxtlar reaksiyam bu cür oldu: “Yaxşı görək! Başıma gələn şeylərin səbəbkarı mən ola bilmərəm.”

Bir tərəfdən elm adamlarının şərhlərinə inanırdım, digər tərəfdən isə üsyan edirdim. Bu təzadlı düşüncələr uzun müddət məni tərk etmədi. Geriyə dönüb baxanda gördüm ki, indiyə kimi yaşadığım bir çox xoşagəlməz hadisəyə görə ya insanları, ya da qarşıma çıxan əngəlləri günahlandırmışam. Doğrusu, bu hadisələrin səbəbkarının özüm olduğunu qəbul etmək mənə heç sərf etmirdi. Başqalarını təqsirləndirmək daha asan idi. Hər nə qədər tükənsəm və çarəsiz olsam da, əvvəlki mükəmməliyyətçi “mən”in maskası hələ də üzümdə idi. Əslində, başqalarını günahlandırmaq və ya özümü qurban kimi qələmə vermək daha asan idi. “O mənə belə etdi.. Dostum öz borclarını mənim üstümə atdı...” və s. kimi ifadələrlə başqalarını hədəf göstərdikdə dinləyənlər mənə haqq qazandırırdı və bu məni çox rahatladırdı. Özümə həmfikir tapmaq necə də gözəl idi.

Bu kitab, Nəfəs21 Akademiyası Azərbaycan Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

 

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!