Kainatın İlahi Dili (6)

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili (6)

Borclar dağ kimi böyüyür, mən isə altında əzilirdim. Üstəlik, ailəm bilib narahat olmasın deyə, bütün problemlərimi gizlədirdim. Ailəm “Necəsən?” deyib əhvalımı soruşanda, “Yaxşıyam” deyirdim. İçimdən keçənləri isə bir Allah bilirdi, bir də mən...

Həmin ərəfədə özümlə bağlı belə bir şeyin fərqinə vardım: “İndiyə qədər başqaları üçün xərclədiyim pulun, çəkdiyim zəhmətin çox az hissəsini özümə sərf etsəydim, bu gün belə bir vəziyyətdə olmazdım. Nə borcum olardı, nə də ailəm dağılardı. Bəy kimi yaşayardım”.

Yeni öyrənməyə başladığım bu məlumatlar əvvəlcə fikirlərimə zidd gəlirdi. Həm araşdırırdım, həm də ürəyimdə deyinirdim. “Bu nə deməkdir, özüm hər kəsdən vacibəm, elə şey olar? Mən bu qədər eqoist ola bilmərəm!” deyib əsəbləşərdim. Təbii ki, ailəm, uşağım və sevdiklərim məndən daha vacibdir. “Məgər biz ata-babalarımızdan belə gördük? Mən ailəmdən bu cür tərbiyə aldım?” deyərək bir kənara atdığım məsələlər idi və nəinki tətbiq etmək, heç bu barədə düşünmək belə istəmirdim.

Dayanmadan oxuyur və öyrənirdim, lakin daxilimdə yığılıb qalanlar bu öyrəndiklərimlə ziddiyyət təşkil edirdi. Mənim üçün vacib olan bu biliklərin ailəmin mənə öyrətdikləri və dini inanclarımla uzlaşması idi. Bu mənim üçün çox vacib idi! Öyrəndiyim yeni məlumatları əvvəlki bilik və təcrübələrimlə müqayisə etməyə çalışırdım. Elə buna görə də, daxili mübarizəm daha da böyüyürdü. Əvvəlki biliklərimlə yeni öyrənməyə başladıqlarım bir-birinə zidd olan iki ayrı qütb kimi idi.

Bir tərəfim razılaşsa da, digər tərəfim inkar edirdi. Qorxumdan yeniliklərə cəsarət edə bilmirdim. Çünki həmin vaxtlarda əlimi nəyə uzadırdımsa, boşa çıxırdı və bütün işlərim tərs gedirdi. Özümü nədə sınamaq istəyirdimsə, uğursuz olurdum. Bacarmamaqdan qorxurdum. Dəyişməli idim...

“Mən dəyişsəm, insanlar mənə nə deyər?” düşüncəsi məni rahat buraxmırdı. İçimdən bir səs “Bu yaşdan sonra necə dəyişəcəksən? Onsuz da sənin xarakterin belədir. Nə qədər özünü məcbur etsən də, sən bundan ibarətsən. Gəl, sən bu daşı ətəyindən tök! Realist ol! Həyat çox çətindir!”- deyirdi.

Yenə çarəsiz idim. Döyəcək bir qapım, görəcək hər hansı bir işim, sığınacaq bir yerim yox idi. Çıxılmaz yola girmişdim.

Fərqli metodları sınamaqdan qorxsam da, başqa çıxış yolum yox idi. Bildiyim bütün metodları dəfələrlə sınaqdan keçirtdim, yenə də bacarmadım. Özümü inkişaf etdirməkdən və həyata fərqli bucaqdan baxmaqdan başqa seçimim yox idi.

Həmin ərəfədə əvvəlki vəziyyətimə dönüb baxdıqda ağlıma bu sözlər gəlirdi və dərhal özümü ələ almağa çalışırdım: Əvvəllər səndən tələb edilən hər şeyi qüsursuz yerinə yetirdin, saçını süpürgə etdin, çox əziyyət çəkdin. Nəticədə əlində nə qaldı? Heç bir şey!

Artıq özümü dəyişdirməli idim. İlk ağlıma gələn fikir belə oldu: “Pis adam olmaq lazımdır. Mərhəmətsiz, asıb-kəsən, özündən başqa heç kimi düşünməyən, ancaq öz cibini güdən... Əsas mənim vəziyyətim yaxşı olsun, başqası məni maraqlandırmır. Onlardan mənə nə?düşüncəsində olan bir insan olmaq lazımdır...” Mənə elə gəlirdi ki, pis adamların həmişə bəxti gətirir və onların etdiyi əməllər cəzasız qalır. Ancaq mənim xəmirim belə yoğrulmamışdı. Bunu sınasam da, tam əmin idim ki, belə bir şeyi bacarmayacam. Hər nə qədər hamıya qarşı qəzəbli və incik olsam da, daxilimdə insanlara və Yaradana qarşı böyük bir sevgi var idi.

Bəs nədən qorxursan? İtirəcək nəyin var?” - deyə hayqırdım. “Madam ki, bu günə qədər insanları razı salmaq üçün özünü oda-közə vursan da dəyərini bilən olmadı, deməli, itirəcək heç nəyin yoxdur.

Bu kitab, Nəfəs21 Akademiyası Tərcümə Dəstək Komandası tərəfindən tərcümə edilmişdir.

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

https://www.instagram.com/aynur.seyidova.87/

[email protected]

 

Leyla Mahmudova

https://nefes21.com/az/profil/leyla-mahmudova

https://www.instagram.com/mahmudova2171/

[email protected]

 

Sevinc Məmmədova

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

https://nefes21.com/az/profil/sevinc

 

Nərgiz Bağırlı

[email protected]

https://www.instagram.com/nergizliva?r=nametag

 

Xuraman Mürsəlova

https://www.facebook.com/khuraman.mrsl

https://instagram.com/xuraman_mursel?utm_medium=copy_link

 

Səfayə Əhmədova

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!