Kainatın İlahi Dili (1)

Həyatımın çətin anlarını yaşayırdım. İllər boyu əziyyət çəkməyimə baxmayaraq, arzuladığım məqama nəinki çata, heç yaxınlaşa da bilmirdim. Məsuliyyətimdə olan vacib işlərin belə öhdəsindən gəlməyi bacarmırdım. Çoxlarının yolunda özümü fəda etməyimə baxmayaraq, qədrimi bilən olmadı. Nədənsə bütün problemlər mənim başıma gəlir, bütün çətinliklər məni tapırdı... Aldığım zərbələrdən çox yorulmuşdum... Cəmiyyətin tələb etdiyi “yaxşı insan” modelini bacardığım qədərilə ən gözəl şəkildə təqdim etməyə cəhd etsəm də, palçığa batmış maşın kimi sürətimi artırmağa çalışdıqca daha da batırdım. Olduqca çıxılmaz bir vəziyyətə düşmüşdüm. Lakin qorxduğum şeylərin başıma gəldiyinin fərqinə vardığım anda qəflət yuxusundan ayıldım. Məhz həmin an mənim üçün OYANIŞ başladı.

Kainatın İlahi Dili (1)

 

YUXUDAYAM

(Yuxudayam... Xahiş edirəm, məni narahat etməyin...)

Oyanışdan əvvəl dədə-babalarımdan nə görüb-götürmüşdümsə, o cür də formalaşmış, öyrəndiklərimi qüsursuz şəkildə həyata keçirməyə çalışmışdım. Yaxşı insan olmağa cəhd etdim. Ailəm məndən hansı peşəyə sahib olmağımı istəmişdisə, onların istəyinə uyğun peşə seçmişdim. Səhər saat 8-də işə gedir, axşam evimə qayıdırdım. Məndən hansı şərtlərlə ailə qurmağımı tələb etdilərsə, ailəni də bu şərtlərlə qurdum. Canla-başla çalışır, həyatımı davam etdirirdim. Hamıdan çox zəhmət çəkirdim. Cəmiyyətin “yaxşı insan” kimi qəbul etdiyi insan modelinə uyğun yaşadım. Zəhmətimi, sevgimi, qazancımı - sahib olduğum hər şeyi tərəddüd etmədən hər zaman ətrafımdakılarla paylaşdım.

Ömür bu minvalla ötüb keçərkən həyatın içindəki incə detalları da görməyə çalışırdım. Bəzən insanlara, bəzən isə elə özümə dönüb baxanda belə düşünürdüm: “Mən bu dünyaya oxuyub diplom almaq, sonra bu diplomla qapı-qapı gəzib özümə etibarlı iş axtarmaq və ömrümünsonuna qədər başqalarının işini görmək, sonra da təqaüdə çıxaraq öləcəyim günü gözləmək üçün gəlmədim...”

Təəssüf ki, özümdən daha çox başqalarının sözünə əhəmiyyət verirdim. Həmin insanları gözümdə o qədər böyütmüşdüm ki, bir də ayılıb gördüm ki, onları ucaltdıqca özümə tamamilə laqeyd qalmışam.

Bir gün ağlımdan belə bir sual keçdi: “Bəs özüm üçün nə edirəm?

Cavab: “Heç bir şey...”Düşündüm: “Özüm üçün də nələrsə etməliyəm!

Sonra düşündüm ki, “mən” ilə başlayan cümlələr yaxşı qarşılanmır. Sanki “mən” kəliməsinə pis məna yüklənib. Adətən “mənəm-mənəm”liyin eqoistlik olduğu deyilir. Uşaqlıqdan bəri mənə eqoistliyin yaxşı bir davranış olmadığı öyrədilmişdi. “İnsanlar nə deyər” qorxusu ilə özüm  üçün nələrsə etməkdən hər zaman qorxub çəkindim. Çünki özüm üçün nəsə etməyin pis bir əməl olduğunu düşünürdüm. Ona görə də həmişəki kimi ətrafımdakıların sözünü dinlədim. Saçımı süpürgə etdim, yemədim, yedirtdim, içmədim içirtdim, əlimdə və cibimdə nə varsa hamısını payladım. Hər zaman böyüklərimdən əl tutmağın ədəb, başqasından nəsə istəməyin isə qüsur olduğunu eşitdiyim üçün kim nə istədisə verdim, lakin bunun qarşılığında heç kimdən heç nə tələb etmədim. Həyatım bu axarla davam edirdi.

Günlərin birində bir tanışımın ölüm xəbərini eşitdikdən sonra “Axı mən bu həyata niyə gəlmişəm?” deyərək günlərlə həyatı sorğu-sual etdim. Lakin bir müddət sonra yenə eyni həyat tərzimə geri dönüb bu cür suallardan uzaqlaşdım. Ev-iş, iş-ev, qonaqlıqlar, qohum-əqrəba ziyarətləri... Özümlə tək başına qalmamaq üçün hər şey edirdim. Özümdən qaçdığımın fərqində belə deyildim. Digər insanların (qəflət yuxusunda olanların) etdiyi kimi özümü təhlükəsizlikdə hiss etmək üçün bütün tədbirləri görürdüm. İşlədiyim yerdə sevdiyim işlə məşqul olmağım vacib deyildi. Aylıq maaş ala bilmək və gələcək təqaüdümü təmin etmək mənim üçün daha vacib idi.

Hər mövzuda fədakarlıq edirdim. İşə hamıdan əvvəl gedir, hamıdan sonra çıxırdım. İşlədiyim yerdə “bir damcı su boş yerə axmasın, bir lampa lazımsız yerə yanmasın...” deyərək həssaslıqla yanaşır, hər şeyə nəzarət etməyə çalışırdım. Yerdə bir zibil görsəm onu zibil qabına atırdım. İnsanların öz ətrafına qarşı mənim kimi diqqətcil olmasını umurdum.

İş yerimdəki fədakarlıqlarım bitmirdi. Nahar fasiləsinə çıxmazdım, yeməyimi üç dəqiqəyə sığdırar, tualet ehtiyacımı belə sonraya saxlayardım və bütün bunların müqabilində ən az maaşı da mən alardım. Heç bir şeyi vecinə almayan laqeyd insanların hər işləri rəvan gedirdi, daha yaxşı mövqe tuturdular.

 

Nəfəs21 Akademiyası Tərcümə Dəstək Komandası:

Nərgiz Bağırlı

Xuraman Mürsəlova

Səfayə Əhmədova

Aynur Seyidova

https://www.facebook.com/aynur.seyidova.96780

Sevinc Məmmədova

Digər yazılarını əldə etmək üçün:

https://nefes21.com/az/profil/sevinc

https://www.instagram.com/alimeleksevcan/

[email protected]

Leyla Mahmudova

Digər yazılarını əldə etmək üçün:

https://nefes21.com/profil/leyla-mahmudova

 https://www.instagram.com/mahmudova2171/

[email protected]

En güncel gelişmelerden hemen haberdar olmak için Telegram kanalımıza katılın!